ISO standartlar

ISO 9001-İnkişafa doğru yol!

ISO 9001 sertifikatı təşkilatın dəyişən xarici və ya daxili şəraitindən asılı olmayaraq göstərilən mal və ya xidmətlərin davamlı yüksək keyfiyyətinə zəmanət verən keyfiyyət idarəetmə sistemini tətbiq etdiyini və işlətdiyini təsdiq edir, buna görə də ISO 9001 sertifikatı keyfiyyət və sabitliyin təminatçısıdır.

Siz ISO 9001 sertifikatını əldə etdikdə, bu beynəlxalq standartı ilə qlobal miqyasda biznesinizi təkmilləşdirmiş bir milyondan çox təşkilatların sırasına daxil olacaqsınız. ISO 9001 nəinki beynəlxalq səviyyədə dünyada ən çox qəbul edilmiş Keyfiyyət İdarəetmə Sistemi kimi tanınır, həm də biznesin təkmilləşdirilməsi üçün güclü  vasitələrdən biridir.

ISO 9001-in tətbiqi o deməkdir ki, təşkilatınız zaman keçdikcə mükəmməl məhsul və ya xidmət təqdim etmək üçün effektiv proseslərə və təlim keçmiş işçi heyətinə malikdir.