ISO 50001 – təşkilatlarda enerji idarəetmə sistemi üçün tələbləri müəyyən edən beynəlxalq standartdır. Standart şirkətlərə enerji istehlakını səmərəli idarə etməyə, enerji effektivliyini artırmağa və əməliyyat xərclərini azaltmağa kömək edir.
ISO 50001 enerji resurslarının istifadəsinin təhlili, nəzarəti və davamlı yaxşılaşdırılması üçün strukturlaşdırılmış və sistemli yanaşma təqdim edir. Standartın tətbiqi müəssisələrə enerji istifadəsində səmərəsiz sahələri müəyyən etməyə, texnoloji prosesləri optimallaşdırmağa və müasir enerji qənaət edən həllər tətbiq etməyə imkan verir.
ISO 50001 standartının məqsədləri
- təşkilatın bütün proseslərində enerji effektivliyinin artırılması;
- elektrik enerjisi, yanacaq və digər enerji resursları üzrə xərclərin azaldılması;
- istixana qazı emissiyalarının azaldılması və ətraf mühitə təsirin minimuma endirilməsi;
- enerji istehlakının monitorinqi və təhlili üçün şəffaf sistemin yaradılması;
- enerji göstəricilərinin davamlı şəkildə yaxşılaşdırılmasının təmin edilməsi.
Neft və qaz şirkətləri üçün faydaları
Neft-qaz sənayesi müəssisələri üçün ISO 50001 standartının tətbiqi xüsusi əhəmiyyət daşıyır, çünki bu sahədə fəaliyyət yüksək enerji sərfiyyatı ilə müşayiət olunur.
Standart aşağıdakı imkanları yaradır:
- neft və qazın hasilatı, emalı və nəqli mərhələlərində enerji istehlakının optimallaşdırılması;
- elektrk enerjisi, yanacaq və istilik enerjisindən daha səmərəli istifadə etməklə əməliyyat xərclərinin azaldılması;
- kompressorlar, nasoslar, turbinlər və emal qurğularının iş səmərəliliyinin artırılması;
- istehsal və texnoloji proseslərdə enerji itkilərinin azaldılması;
- beynəlxalq ekoloji tələblərə və ESG təşəbbüslərinə uyğunluğun təmin edilməsi;
- beynəlxalq standartların tətbiqi sayəsində şirkətin investisiya cəlbediciliyinin artırılması.