Финансовые и Налоговые вопросы

Vergi uçotu necə aparılır ?
Biznes subyektlərində vergi uçotu ayrıca yaxud mühasibat uçotunun tərkibində aparıla bilər.
Uçot müəssisənin əməkdaşları tərəfindən aparılır, yaxud kənardan cəlb edilmiş mütəxəsislərə həvalə edilir.
Mühasibat uçotu və vergitutmanı autsorsinqə verərkən əsas şərt, xidmətin keyfiyyətinə zəmanət verən, biznes prosesində müxtəlif problemlərin yaranmasının qarşısını ala biləcək (məsələn, əsassız yoxlamalar, müxtəlif cərimə və sanksiyalar, hesabların bağlanması və sair) etibarlı şirkət seçimidir.
“Full Standart” MMC uzun illərdir ki, müştərilərə peşəkar maliyyə və vergi xidmətləri təklif edir. Komandamız təcrübəli, səriştəli və peşəkar ekspertlərdən ibarətdir. Müştərilərə problemləri tez zamanda aşkar edib və ən sərfəli vergi həlləri təklif edirlər. Bizim şirkət vergi uçotunun aparılması ilə yanaşı aşağıdakı xidmətləri də göstərir:

vergi konsultasiyası;
vergi bəyannamələrinin və hesabatlarının hazırlanması;
vergi planlaşdırılması;
vergi yoxlamalarına hazırlıq.

Əgər vergi qanunvericiliyində qaranlıq sahələri özünüz üçün aydınlaşdırmaq, vergi problemlərinizi operativ şəkildə həll etmək istəyirsinizsə komandamız ilə əlaqə yaradın və təz zamanda bütün suallarınıza cavab tapın.
Bizim vergi xidmətləri – sizin cərimə və sanksiyalardan mühafizənizdir.
Sizin aşağıdakı hallarda vergi ekspertləri ilə məsləhətləşməyə ehtiyacınız ola bilər:

Razılaşmaların vergi nəticələrini qiymətləndirmək yaxud həyata keçirilən əməliyyatların vergi uçotunu başa düşmək lazım olduqda;
Vergitutma nöqteyi-nəzərindən idarəetmənin optimal sxemini seçmək lazım gəldikdə;
Dövlət Vergi Xidmətindən çağırış gəlib, müəssisənizin əməkdaşları oraya çağırılıb yaxud vergi yoxlaması təyin olunub:
Siz müfəttişlərin hərəkətlərinin qanuniliyini qiymətləndirmək istədikdə;
Vergi qanunvericiliyinin tətbiqinə dair sizdə hər hansı sual yarandıqda.

Bizim vergi konsultasiyası xidməti aşağıdakıları əhatə edir:
Konkret vəziyyətlərdə Vergi Məcəlləsinin tətbiqinə dair vergi məsləhətləri xidmətlərinin göstərilməsi;
Vergi növləri üzrə ödəmələrdə ən yaxşı həll yollarını müəyyən etmək üçün tövsiyələrin hazırlanması;
Mühasibat yaxud vergi uçotu, hesabatların, o cümlədən vergi bəyannamələrinin tərtibi istiqamətində məsləhətlərin verilməsi İnternet vergi idarəsi haqqında sualların cavablandırılması;
Vergi məsləhətləri xidmətləri üçün müraciət etmiş fiziki və hüquqi şəxslərin maraqlarının Dövlət Vergi Xidməti orqanlarında, digər qurumlarda təmsil olunması.
Vergi planlaşdırılması, vergi ödəmələrini qanuni yollarla Vergi Məcəlləsinə uyğun, sizin üçün ən sərfəli şəkildə idarə etməyin bir üsuludur. Düzgün informasiyaya malik olaraq yaxud səriştəli mütəxəssis cəlb etməklə, doğru strategiya seçib, vergi, rüsum, digər məcburi ödəmələrin məbləğini azaltmaq mümkündür.
Planlama “Qanunla qadağan edilməyən hər şey qanunidir” prinsipinə əsaslanır, yəni hər bir ödəyici öz vergi öhdəliklərini azaltmaq üçün qanunla icazə verilən bütün üsullardan, o cümlədən vergi qanunvericiliyində olan boşluqlardan istifadə etmək hüququna malikdir. Başqa sözlə desək, vergi planlaşdırılması xidməti – istənilən qanuni üsullardan, o cümlədən vergi güzəştlərindən istifadə etməklə vergi ödəmələrini azaltmağın qanuni yoludur.

Bizimlə siz qanunu pozmadan pulunuza qənaət edə bilərsiniz.
Vergi ödəyicisi hər il vergi uçotunun auditini aparırsa, vergi hesablanması və ödənməsində səhv ehtimalı azdır, buna görə də yoxlamaya hazırlıq çox vaxt aparmayacaq.
Əks halda, yəni belə audit aparılmadıqda, vergi müfəttişlərinin gəlişinə diqqətlə hazırlaşmaq lazımdır. Vergi yoxlamalarına hazırlıq çərçivəsində nəzərdən keçirilməsi vacib olan məsələlərin təxmini siyahısı genişdir. Məsələn: vergi güzəştləri üzrə sənədlər; xərclərin sənədli rəsmiləşdirilməsi (xüsusilə iri məbləğlər); hesab-fakturalar, elektron qaimələr; ƏDV üzrə uçotun aparılması mexanizmi: xərc uçotunun düzgün aparılması; mənfəət vergisi üçün vergi bazasından çıxılan gəlirlərin qanuniliyi; ayrı-ayrı struktur vahidləri üzrə vergilərin ödənmə düzgünlüyü; işçilərlə hesablaşmalar zamanı vergi güzəştlərini təsdiq edən sənədlərin mövcudluğu; kontragentlərin tərkibinin riskli vergi ödəyicisi statusuna görə araşdırılması.
Əlbəttə, bu tam siyahı deyil, amma, ən azı bunların həyata keçirilməsi, vergi müfəttişlərinin sizə əlavə vergi ödəmələri hesablanması şansını əhəmiyyətli dərəcədə azaldacaqdır.

Vergi hesabatlarının hazırlanması zəruridirmi?
Unutmayın, vaxtında təqdim edilməyən vergi hesabat və bəyannamələri, sizin üçün cərimə və sanksiyalar şəklində əlavə xərc, maliyyə itkiləri deməkdir. Sizi hətta cinayət məsuliyyətinə də (qəsdən vergidən yayınma) cəlb edə bilərlər!

Biz sizə risksiz və cəriməsiz biznesin təminatın veririk!