Patent

ŞİZİN ÜÇÜN YARADIRIĞ VƏ MƏHDUDİYYƏTLƏRİ YIĞIŞDIRIRIQ

Əmtəə nişanı – sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşmasıdır.

Patent  — sahibkarın əmtəə nişanlarının  və ya xidmətlərinin digər sahibkarın əmtəə nişanından və xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).
FULL STANDART əmtəə nişanı, patent və sənaye nümunələrinin Azərbaycanda və xaricdə qeydiyyatı, müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunması və mübahisələrin həlli prosesini tam həcmdə həyata keçirir.

Azərbaycannın Əqli Mülkiyyət Hüququ sahəsində qanunvericiliyi:
Azərbaycanın əqli mülkiyyət hüququ sahəsində qanunvericiliyi əsasən aşağıdakılardan ibarətdir:

  • Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Qanun;
  • Müəllif hüquqları və əlaqəli Hüquqlar haqqında Qanun;
  • Patent haqqında Qanun;
  • Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Qanun;
  • İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında Qanun;
  • Məlumat toplularının hüquqi qorunması haqqında Qanun.
  • Azərbaycanda Əmtəə Nişanlarının qeydiyyatı

Azərbaycanda Əmtəə Nişanının Qeydiyyatı Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzi tərəfindən müvafiq ekspertiza aparılaraq təxminən 8-10 ay çəkir. Biz bu prosesi bir qədər tezləşdirə bilərik.
Qeydiyyata alınmış əmtəə nişanının axtarışı açıq informasiya kimi internet resurslarında olmasa da, yazılı tələb əsasında qeydiyyat məlumatları maraqlı tərəflərə təqdim edilməlidir.

Əmtəə nişanlarının qeydiyyatı prosesi
Əmtəə nişanlarının qeydiyyatı prosesi müxtəlif mərhələlərdən ibarətdir. Xarici hüquqi və ya fiziki şəxslər Azərbaycanda əmtəə nişanlarının qeydiyyatı üçün patent müvəkkili vasitəsilə iştirak etməlidirlər. Yerli hüquqi və fiziki şəxslər sərbəst şəkildə Əqli Mülkiyyət Agentliyinə müraciət edə bilərlər.
Müraciət aşağıdakı sənədlərlə həyata keçirilir:

  • Ərizə, o cümlədən əmtəə nişanının qeyd edilməsi şərtilə ərizəçinin rekvizitləri;
  • Ərizə nümayəndə və ya patent müvəkkili vasitəsilə həyata keçirildikdə müvafiq şəxslə verilmiş etibarnamə ərizəyə qoşulmalıdır;
  • Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən müraciəti edilmiş əmtəə nişanının ekspertizası;
  • Əmtəə nişanı üzrə ödənişin həyata keçirilməsi və şəhadətnamənin alınması.

Əmtəə nişanı 10 illik qeydiyyata alınır və bu müddət uzadıla bilir.
Biz biznesin əqli mülkiyət hüquqlarının Azərbaycan Respublikasında qeydiyyata alınmasını və qorunmasını təmin edirik. Biz, əsasən aşağıdakı xidmətlərin göstərilməsinə istiqamətlənmişik:

  1. – Patent, əmtəə nişanları və müəlliflik hüquqlarının qorunması üçün müvafiq sənədləşmənin aparılması;
  2. – Əmtəə nişanlarının qeydiyyatı və qeydiyyata alınmış əmtəə nişanlarına şikayətlərin verilməsi;
  3. – Əmtəə nişanlarının qeydiyyatından öncə əmtəə nişanı üzrə axtarışın həyata keçirilməsi;
  4. – Müştərinin digər müəlliflərin əqli mülkiyyət hüquqlarını pozmamasının təmin edilməsi üçün hüquqi auditin həyata keçirilməsi;
  5. – Əqli mülkiyyət hüquqlarının qorunması üçün müqavilələrin tərtib edilməsi və təhlili;
  6. – əmtəə nişanlarının mövcudluğu üzrə axtarış, əmtəə nişanlarının, patentlərin qeydiyyatı, qeydiyyatdan şikayət verilməsi;
  7. – əmtəə nişanlarının əldə edilməsi üzrə razılaşmalar;əmtəə nişanlarına dair lisenziya müqaviləsi;
  8. – əqli mükiyyət üzrə mübahisələrin həll
 

FULL STANDART sizin üçün sizə məxsus yaradır və məhdudiyyətsiz istifadəsini təmin edir!